Azərbaycana qarşı dini-ideoloji təxribatların, əlaqələndirilmiş informasiya əməliyyatlarının və kiberhücumların miqyasının artdığı bildirilir.
Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının bəyanatında qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji təhlükəsizliyindəki rolu, regional tranzit dəhlizlərində strateji əhəmiyyəti və ölkədaxili sabitlik fonunda xarici aktorların ölkəyə qarşı hibrid hücumları genişlənib.
Komissiyanın məlumatına görə, aidiyyəti dövlət qurumları ilə aparılan araşdırmalar zamanı ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönəlmiş fəaliyyətlər müəyyən edilib.
Bildirilib ki, bu əməliyyatlar ölkə daxilində və xaricində fəaliyyət göstərən təsir agentləri, gizli təşkilatlar, haker qrupları, xarici media qurumları, saxta sosial şəbəkə hesabları və botlar vasitəsilə həyata keçirilir.
Bəyanatda dost və qonşu ölkələrin ərazilərində fəaliyyət göstərən bəzi qüvvələrin dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə yayaraq Azərbaycanda etnik, dini və siyasi zəmində qarşıdurma yaratmağa çalışdığı da iddia olunub.
Komissiya qeyd edib ki, hibrid təhdidlər zamanı sosial şəbəkə alqoritmlərindən, “əks-səda kameraları” və “filtr qabarcıqları” mexanizmlərindən istifadə edilərək manipulyativ məzmun müəyyən auditoriyalara yönəldilir.
Bununla yanaşı, aparılan monitorinqlərin nəticələrinə əsasən, Azərbaycan cəmiyyətinin bu cür təxribatlara uymadığı və dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyi bildirilib.
Milli Məclisin müvəqqəti komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə hibrid hücumların qarşısının alındığını və bundan sonra da belə cəhdlərin cavabsız qalmayacağını bəyan edib.
Komissiya, həmçinin Azərbaycana qarşı yönəlmiş fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkürünü bildirib.
SON:
- İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
- AQC sədri Rumıniya Senatında görüşlər keçirib
- Hərbçilərin pensiya təyinatında – Yenilik
- Azərbaycan jurnalistləri Prezident İlham Əliyevə müraciət ünvanlayıb
- Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
- Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!
- İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- Rumıniya 2028-ci ildə TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib


