Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
SON:
- Bakıda keçirilən NATO təlimi başa çatıb
- “Bizim öz yolumuz var”
- “Dəmir yumruq”dan suverenliyə: Azərbaycanın tarixi Zəfərindən sonra yeni inkişaf mərhələsi
- İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
- AQC sədri Rumıniya Senatında görüşlər keçirib
- Hərbçilərin pensiya təyinatında – Yenilik
- Azərbaycan jurnalistləri Prezident İlham Əliyevə müraciət ünvanlayıb
- Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb


