Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən sosial layihə çərçivəsində Şükürbəyli kəndində yaradılan Kənd Bazarında məhsullarını satmaq istəyən şəxslərin müraciətləri qəbul olunur.
Kənd təsərrüfatı məhsulları
Yerli və ev istehsalı qida məhsulları
Şirniyyat və un məmulatları
Əl işləri və sənətkarlıq məhsulları
Digər satış üçün nəzərdə tutulan məhsullar
Bazarda satış etmək üçün Şükürbəyli sakini olmaq şərt deyil. Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlardan, eləcə də Bakı şəhərindən və ölkənin digər ərazilərindən məhsulunu gətirib burada satmaq istəyən şəxslər müraciət edə bilərlər.
Layihənin əsas məqsədi yerli istehsalçıların və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsi, onların məhsullarının birbaşa istehlakçıya çatdırılması və regionda iqtisadi fəallığın təşviq edilməsidir.
Bazarda satış yerləri sosial layihə çərçivəsində təqdim olunur.
Bazar həftəboyu fəaliyyət göstərəcək:
— həftəiçi Kənd Bazarı formatında;
— həftəsonu isə Regional Kənd Yarmarkası formatında.
Bazarda satış yeri götürmək istəyən şəxslərdən xahiş olunur ki, təcili aşağıdakı nömrə ilə əlaqə saxlayaraq müraciət etsinlər.
Əlaqə: [0512559383]
Ətrafınızda kənd təsərrüfatı və qida məhsulları istehsal edən, əl işləri hazırlayan və ya digər məhsulların satışı ilə məşğul olan şəxslər varsa, məlumatı onlarla da paylaşmağınız xahiş olunur.


