Media İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun əsas məqsədi dövlət qurumları ilə media subyektləri arasında peşəkar və sağlam əməkdaşlığı gücləndirməkdir.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.
O qeyd edib ki, müasir informasiya mühitində bu gün əsas məsələ sadəcə məlumatların yayılması deyil, eyni zamanda, düzgün, balanslı və məsuliyyətli məlumatların təqdim olunmasıdır.
“Cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması media gündəmini müəyyən mənada formalaşdırıb və ona təsir göstərib. Forum çərçivəsində də builki müzakirələr, əsasən, şəhərsalma siyasətinin cəmiyyətə operativ və düzgün təqdim olunması, ictimai məlumatlandırma və bu sahədə kommunikasiya strategiyasının inkişafı üzərində qurulub. Çünki, şəhərsalma kimi kompleks və uzunmüddətli layihələrin cəmiyyətə effektiv çatdırılması baxımından medianın rolu əvəzolunmazdır. Bu işdə jurnalistlərin üzərinə mühüm vəzifələr düşür”,- deyə Səidə Şəfiyeva vurğulayıb.
O, həmçinin rəqəmsallaşmanın informasiya dövriyyəsini sürətləndirdiyini və əhatə dairəsini genişləndirdiyini deyib: “Bu da, eyni zamanda, yeni risklər yaradır. Müasir dövrdə əsas prioritetlərdən biri də məhz etibarlı informasiya mühitinin qorunması, dezinformasiyaya qarşı mübarizə, yeni rəqəmsal alətlərdən səmərəli istifadədir”.
SON:
- İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib
- Prezident bu memorandumu təsdiqlədi
- Azərbaycanda yeni informasiya sistemi yaradıldı
- Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanı Avrasiya nəqliyyat şəbəkəsində daha mühüm mövqeyə çıxara bilər
- Mobil bazarda rəqabət niyə zəifdir? – Əsas səbəblər açıqlanır
- “Qazprom Armenia”nın dörd əməkdaşı həbs edilib
- Orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələri elan olunub


