Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.
Yarışda Azərbaycanı təmsil edən paracüdoçu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
Yarışın yarımfinal mərhələsində Böyük Britaniyanı təmsilçisi ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.
Final görüşündə isə İspaniyanı təmsil edən Garros Suarez üzərində ipponla qələbə qazanan paracüdoçumuz növbəti dəfə Avropa çempionu tituluna sahib olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.


