Azərbaycanda dövlət qurumlarında yaradılan süni intellekt sistemlərinin təhlükəsizlik auditi, sınaqları və risklərinin qiymətləndirilməsi həyata keçiriləcək.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, hazırda dövlət qurumlarında yaradılacaq süni intellekt sistemləri üçün informasiya təhlükəsizliyi tələbləri hazırlanır.
Eyni zamanda, xarici şirkətlərin süni intellekt həllərindən istifadə zamanı məlumat sızmasının qarşısının alınması məqsədilə dövlət qurumlarına təhlükəsizlik təlimatlarına əlavə edilməsi üçün nümunəvi qaydalar təqdim olunacaq.
Nadir Novruzov qeyd edib ki, Süni İntellekt Strategiyasına əsasən, dövlət qurumlarında yaradılan süni intellekt sistemlərinin auditi, sınaqları və risklərinin qiymətləndirilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib.
SON:
- Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
- Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: “Dediklərimi təsdiq etdi”
- Neftçalada YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib – FOTOLAR
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib – Sərəncam
- Prezidentdən Qarabağla bağlı SƏRƏNCAM
- Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək


