Bu gün Kəlbəcər Şəhəri Günüdür.
Kəlbəcər Şəhəri Günü artıq üçüncü dəfədir ki, qeyd edilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edilib.
Bu əlamətdar günün təsis edilməsi Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – noyabrın 25-i şəhərin erməni işğalçılarından azad edilməsindən altı il ötür.
Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan tərəfinə təhvil verilib.
Beləliklə, noyabrın 25-də işğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.
SON:
- Ruandanın 20 vətəndaşı Azərbaycanda ali təhsil alacaq
- Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb
- Kəlbəcər faciəsindən tarixi Zəfərə!
- Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
- 21 yaşında şirkət yaratdı, bu gün 4000 işçisi var – “Avrora”nın hekayəsi
- Litva şirkəti Azərbaycana 50 milyon manatlıq investisiya yatırıb
- Yaşıl iqtisadiyyata keçid qiymətləndirmə bazarında yeni tələblər yaradır – Riad Əliyev
- Bu gün Kəlbəcər Şəhəri Günüdür


