Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.
Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.
Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.
Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacağını düşünür.
SON:
- Prezident bu sazişi təsdiq etdi
- AQC sədri Türkiyə və İtaliya şirkətlərinin nümayəndələrini qəbul edib
- 31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı – Adlar
- Azərbaycanda internet sürəti 7 dəfə artıb
- ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib
- Zəngilan Şəhəri Günü təntənəli qeyd edilib – FOTOLAR/VİDEO
- Süni intellekt savadlılığı proqramı 7 000-dən çox vətəndaşı əhatə edib
- Azərbaycanda internet sürətində durğunluq – SƏBƏB NƏDİR?


