Azərbaycanda genişzolaqlı internet şəbəkəsinə çıxış əldə edilib və internetin sürəti 7 dəfə artıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə forumunda deyib.
O bildirib ki, Davos Forumunun 2026-cı il hesabatına görə, kiberdələduzluq qlobal iqtisadiyyata hər il təxminən 1,1 trilyon dollar zərər vurur:
“Sorğu iştirakçılarının 73 faizi son bir ildə özünün və ya yaxınlarının kiberdələduzlarla üzləşdiyini deyib. Bu kontekstdə Milli Kibertəhlükəsizlik Agentliyinin rolu xüsusi vurğulanmalıdır. Agentliyin əsas missiyalarından biri də vətəndaşlara kiberdələduzluq sxemlərini və rəqəmsal təhlükələri vaxtında tanımağı öyrətməkdir”.
SON:
- Azərbaycanda internet bahalaşıb – QİYMƏTLƏR
- “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
- Yardımlıya icra başçısı təyin olundu – Sərəncam
- Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
- “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiqlənib
- Bakıdan Balkanlara: Xəlvətilik sufi təriqəti və Cənub-Şərqi Avropanın mənəvi-mədəni əlaqələri
- Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir
- Prezident bu sazişi təsdiq etdi


