Gələcək illərdə bu iki fenomenal personaj haqqında daha çox əsər və yaradılış görə bilərik.
ABŞ-da 2025-ci ildən etibarən Təməl Rəis və Tintin-in köhnə versiyaları da daxil olmaqla, 1929-cu ildə yaradılmış minlərlə əsərin müəllif hüquqları ləğv ediləcək.
Bu da gələcək illərdə bu iki fenomenal personaj haqqında daha çox əsər və yaradılış görə biləcəyimiz anlamına gəlir.
Lakin müəllif hüquqları qanunlarının ölkədən ölkəyə fərqlənməsi mümkündür.
Məsələn, Belçikalı rəsam Hergé tərəfindən 1929-cu ildə yaradılan Tintin-in Macəralarının ilk versiyası ABŞ qanunlarına əsasən ictimai mülkiyyətə çevrilsə də, Avropa İttifaqında (Aİ) bir müəllifin həyatı boyu və ölümündən sonra 70 il müddətində müəllif hüquqlarının qüvvədə qalması səbəbilə nəşriyyatlar bir qədər daha gözləməli ola bilərlər.
Çünki Duke Universitetinin məlumatına görə, Hergé 1983-cü ildə vəfat etdiyi üçün Aİ Tintin-i 2054-cü ilə qədər ictimai mülkiyyət olaraq qəbul etməyəcək. Bu haqda Euronews xəbər yayıb.
The Verge xəbərinə əsasən, bu il müəllif hüquqları qaldırılan digər məşhur əsərlər arasında bunlar yer alır:
Alfred Hitchcock-un ilk səsli filmi Blackmail (Qarayaxma)
Agatha Christie-nin Yedilərin Sirri dedektiv romanı
Ernest Hemingway-in Silahlara Vida romanı
Virginia Woolf-un Özünə Aid Bir Otaq kitabı
William Faulkner-in Səs və Qəzəb romanı
Salvador Dali-nin İşıqlandırılmış Həzzlər kimi müxtəlif əsərləri.


