Sabah Bakıda 36 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilimndə 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
SON:
- Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü
- Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
- Azərbaycan və Türkmənistan prezidentləri görüşdü
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT
- Neftçalanın icra başçısı səyyar görüş keçirib – FOTOLAR


