Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib.
Redaksiya AMB-yə istinadən xəbər verir ki, bank “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın 3.20-ci bəndinin tələblərinə riayət etməyib.
Odur ki, “Banklar haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi barədə zəruri tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
SON:
- Hadrutun işğaldan azad olunmasından 6 il ötür
- Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü
- Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
- Azərbaycan və Türkmənistan prezidentləri görüşdü
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT


