Ombudsmanın “916” Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.
Bu barədə Ombudsman aparatından məlumat verilib.
Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.
İlk yarımildə “916” Çağrı Mərkəzinə ən çox “digər” kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.
Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.
Qurumlar üzrə müraciətlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlar (2 308), TƏBİB (1 714), Ədliyyə orqanları (1 431), Daxili İşlər orqanları (984) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (935) ilk sıralarda yer alıb.
“916” Çağrı Mərkəzinə daxil olan zənglərin 12 102-si iş vaxtında, 1 622-si isə qeyri-iş vaxtında qəbul olunub ki, bu da vətəndaş müraciətlərinin əsas hissəsinin iş saatlarında daxil olduğunu göstərir.
SON:
- İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib
- Prezident bu memorandumu təsdiqlədi
- Azərbaycanda yeni informasiya sistemi yaradıldı
- Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanı Avrasiya nəqliyyat şəbəkəsində daha mühüm mövqeyə çıxara bilər
- Mobil bazarda rəqabət niyə zəifdir? – Əsas səbəblər açıqlanır
- “Qazprom Armenia”nın dörd əməkdaşı həbs edilib
- Orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələri elan olunub


