Əmək müqaviləsi üzrə çalışmaq işçini bir sıra hüquqlar verir. Belə ki, o, bununla məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunmaq, sosial müdafiə üzrə təminatlardan istifadə etmək hüquqları qazanır.
Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Həmçinin, əmək müqaviləsi ilə işçi təhlükəsiz və sağlam əmək şəraitində çalışmaq, qanunvericiliklə müəyyən edilmiş iş vaxtında çalışmaq, minimum məbləğdən az olmayan əməkhaqqı almaq, istirahət günlərindən və ödənişli məzuniyyətdən istifadə etmək, peşə hazırlığını artırmaq kimi hüquqlara malik olur.
O, iş yeri, vəzifəsi, əməkhaqqı və əmək münasibətlərinə dair digər məlumatlar barədə işəgötürəndən arayış ala, eləcə də elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsini və əmək münasibətlərinə dair arayışları real vaxt rejimində əldə edə bilər.
İşçinin əmək müqaviləsi üzrə əsas hüquqları sırasına əmək fəaliyyəti zamanı sağlamlığına və əmlakına dəyən ziyanın ödənilməsini tələb etmək, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya xitamı ilə bağlı işəgötürənə müraciət etmək hüquqları da yaranır.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman tərəfindən 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilib.
SON:
- Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü
- Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
- Azərbaycan və Türkmənistan prezidentləri görüşdü
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT
- Neftçalanın icra başçısı səyyar görüş keçirib – FOTOLAR


