Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.
Azərbaycan Hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.
SON:
- Hadrutun işğaldan azad olunmasından 6 il ötür
- Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü
- Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
- Azərbaycan və Türkmənistan prezidentləri görüşdü
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT


