Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Bakı şəhəri üzrə koordinatoru Sərxan Şahverdiyevin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən müəllimlər üçün “Birlikdə inkişaf edək” adlı maarifləndirici vebinar keçirilib.
Vebinarın məqsədi Bakı şəhərində fəaliyyət göstərən müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də AGMA-nın Bakı şəhəri üzrə 2026–2027-ci tədris ili üçün Fəaliyyət Planının və nəzərdə tutulan fəaliyyətlərin təqdimatı olub.
İnteraktiv müzakirələrlə davam edən vebinarın sonunda iştirakçılara təşəkkür edilib və Bakı şəhərində müəllimlərin peşəkar inkişafına xidmət edən layihələrin davamlı şəkildə həyata keçiriləcəyi bildirilib.


