Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) verilən məlumata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 faiz), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 faiz) artıb.
Paytaxtların müqayisəsinə gəlincə, apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 faiz), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07 faiz) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
SON:
- Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
- Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib
- Gənc kursantların andiçmə mərasimi keçirilib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
- Hadrutun işğaldan azad olunmasından 6 il ötür
- Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ


