Prezident İlham Əliyev 3 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib.
Belə ki, elektron siqaretlərin və yaxud onların komponentlərinin idxal-ixracına münasibətdə Dövlət Gömrük Komitəsi, elektron siqaretlərin və yaxud onların komponentlərinin istehsalına, topdan və yaxud pərakəndə satışına, eləcə də satış məqsədilə saxlanılmasına münasibətdə Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, bu cür hallar vergi nəzarəti zamanı aşkar edildiyi hallarda isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti protokol tərtib etmək səlahiyyəti əldə ediblər.
SON:
- Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü
- Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- BDU-da postmüharibə dövründə sosial işin təşkili müzakirə olunub
- Azərbaycan və Türkmənistan prezidentləri görüşdü
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT
- Neftçalanın icra başçısı səyyar görüş keçirib – FOTOLAR


