Bakı Beynəlxalq İncəsənət Festivalında çox şən ab-hava var. Bakı şəhəri də festivalın özü kimi bayram ovqatı ilə doludur.
Bu barədə Təl-Əvivin “Qeşer” teatrının “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov) baş rollardan birini ifa edən aktrisa Yevgeniya Dodina jurnalistlərə müsahibəsində deyib.
“Bakıya ilk dəfədir gəlirəm. Burada hər şey insanda möhtəşəm təəssürat yaradır. Hər şey o qədər geniş və əzəmətlidir ki, bu, insanların düşüncə tərzində də özünü göstərir. Hətta səhnəyə gətirilən gül buketləri belə fərqlidir – mənə indiyədək bu qədər böyük buketlər hədiyyə olunmamışdı.
Burada insanlar çox mehriban və nəzakətlidirlər, şəhərin enerjisi çox gözəldir. Bakının çox yaxşı tamaşaçı auditoriyası var. Azərbaycanlı tamaşaçıların səhnə əsərimizə verdiyi reaksiyanı izləmək çox maraqlıdır”, – deyə aktrisa əlavə edib.
SON:
- Azərbaycanda yeni iş yerləri yaradılıb
- Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
- İpoteka kreditləri üzrə maksimum məbləğ 200 min manat ola bilər
- Neftçalanın icra başçısı səyyar qəbul keçirib
- Xidmətin rəis müavini şəhid Vüsal Məmmədovun ailəsini ziyarət edib
- Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
- Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
- Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür


